Bu gün İrlandiyada keçirilən final oyunu ilə futbol üzrə Avropa Liqasının 2023/2024 mövsümünün qalibi müəyyənləşib.
Arena.az xəbər verir ki, turnirin final matçında Almaniyanın “Bayer” və İtaliyanın “Atalanta” komandaları üz-üzə gəliblər.
İrlandiyanın paytaxtı Dublindəki “Dublin Arena”da keçirilən matçı Rumıniyadan olan FIFA referisi İştvan Kovaç idarə edib.
Qarşılaşma İtaliya təmsilçisinin möhtəşəm qələbəsiylə yekunlaşıb. “Atalanta”nın hər üç qolunu Ademola Lukman rəqib qapısından keçirib. Beləcə, bu komanda tarixində ilk dəfə Avroliqanın qalibi olub. Bu mövsüm möhtəşəm çıxışı ilə diqqət mərkəzində olan “Bayer” isə finalda uduzmaqla həm də 51 oyunluq məğlubiyyətsiz seriyasına son qoymuş olub.
Xatırladaq ki, ötən mövsüm İspaniyanın “Sevilya” komandası Avropa Liqasının qalibi olmuşdu.
Avropa Liqası
Final
22 may
“Atalanta” (İtaliya) – “Bayer” (Almaniya) 3:0
Qollar: Ademola Lukman, 12; 26; 75.
Hakimlər: İştvan Kovaç, Vasile Marinesku, Ovidiu Artene (hamısı Rumıniya), İvan Krujlyak (Slovakiya).
VAR: Pol van Bökel (Niderland).
İrlandiya, “Dublin Arena” stadionu.
Atalanta: Xuan Musso, Davide Zappakosta (Hans Hatebur, 84), İsak Hin, Berat Cimsiti (k), Sead Kolaşinaç (Corcio Skalvini, 46), Matteo Ruceri (Rafael Toloy, 90), Ederson, Teun Kopmeyners, Şarl De Ketelare (Mario Paşaliç, 57), Ademola Lukman, Canluka Skamakka (Əl-Bilal Ture, 84).
Ehtiyat oyunçular: Marko Karnesekki, Françesko Rossi, Emil Holm, Mitçell Bakker, Marten de Roon, Mişel Adopo, Aleksey Mirançuk.
Baş məşqçi: Can Pyero Qasperini.
Bayer: Matey Kovarj, Ceremi Frimponq (Natan Tella, 81), Yosip Stanişiç (Viktor Bonifase, 46), Conatan Ta (k), Edmond Tapsoba, Pyero İnkapye, Esekyel Palasios (Robert Andrix, 69), Qranit Caka, Alexandro Qrimaldo (Adam Hlojek, 69), Florian Virts (Patrik Şik, 81), Amin Adli.
Ehtiyat oyunçular: Lukas Hradetski, Niklas Lomb, Odilon Kossunu, Artur, Yonas Hofmann, Qustavo Puerta, Borxa İqlesias.
Baş məşqçi: Xabi Alonso.


