“Atalanta” – “Leççe” oyunu ölüm səbəbilə təxirə salındı

İtaliya A Seriyasının 34-cü turunun “Atalanta” – “Leççe” oyunu ölüm səbəbilə təxirə salınaraq, aprelin 27-si tarixinə köçürülüb.

Arena.az “Leççe”nin mətbaut xidmətinə istinadən məlumat verir ki, buna “sarı-qırmızılar”ın fizioterapevti Qratsiano Fioritanın (Fiorita) ölümü səbəb olub.

Oyun bu gün, aprelin 25-də Berqamoda keçirilməli idi. Amma Cümə axşamı, aprelin 24-də səhər, Fiorita “Leççe”nin “Atalanta” ilə oyun ərəfəsndə düşərgə saldığı Kokkalyodakı mehmanxanada, öz nömrəsində ölü tapılıb.

“Klub baş vermiş hadisədən dərin sarsıntı içindədir. “Leççe”də 20 ildən artıq çalışmış fizioterapevtimiz, Kokkalyodakı məşq düşərgəsində komandamızla idi. Komandamız dərhal Leççeyə qayıdır, belə ki, “Atalanta” ilə sabahkı oyun təxirə salınır”, – “Leççe”nin rəsmi bəyanatında deyilir.

33 oyundan 64 xalla “Atalanta” İtaliya A Seriyasınnı yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Leççe” isə 26 xalla 17-ci pillədədir.

A Seriyasına 71 xalla “İnter” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: