“Atalanta” Merih Demiralı “Yuventus”dan birdəfəlik transfer etdi

İtaliyanın “Atalanta” klubu “Yuventus”dan icarəyə götürdüyü türkiyəli müdafiəçi Merih Demiralın transfer hüququnu da alıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliya mətbuatı “Atalanta”nın bu transfer üçün 20 milyon avro təzminat ödədəyini yazıb. Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Berqamo klubu 23 yaşlı müdafiəçini ötən mövsümün əvvəlində “Yuventus”dan satınalma şərti ilə icarəyə götürmüşdü. Türkiyə millisinin müdafiəçisi geridə qalan mövsümdə bu komandada 42 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Merih Demiral 2019-cu ildən “Yuventus”da çıxış edirdi. O, iki mövsüm ərzində Turin klubunun heyətində 32 matça çıxıb, 1 qol vurub. Futbolçu əvvəllər “Sassuolo”, “Alanyaspor”, “Sportinq” və “Alkanenense” klublarının da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: