Avroliqa: “Ferentsvaroş” ilk oyunda “Qurnik”ə qalib gəldi

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

Macarıstan nəhəngi “Ferentsvaroş” doğma meydanda “Qurnik”lə üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Türkiyənin “Beşiktaş” komandası 3-cü raundda Çexiya təmsilçisi “Hradeç”lə görüşəcək.

Qeyd edək ki, Avroliqada 3-cü təsnifat mərhələsinin cavab oyunları avqustun 13-də keçiriləcək.

Avroliqa
3-cü təsnifat mərhələsinin ilk oyunları
4 avqust

Larne (Şimali İrlandiya) – İberiya (Gürcüstan) 0:0
Şemrok Rovers (İrlandiya) – Eqnatiya (Albaniya) 3:1

5 avqust

Ferentsvaroş (Macarıstan) – Qurnik (Polşa) 1:0

6 avqust

19:00. KuPS (Finlandiya) – Universitatya (Krayova, Rumıniya)
20:00. Yagelloniya (Polşa) – Reyncers (Şotlandiya)
20:00. Makkabi (Təl-Əviv, İsrail) – ÇSKA (Sofiya, Bolqarıstan)
21:00. Hradeç (Çexiya) – Beşiktaş (Türkiyə)
21:00. Lex (Polşa) – Klaksvik (Farer adaları)
21:00. Linkoln (Cəbəllüttariq) – Omoniya (Kipr)
21:00. Zalsburq (Avstriya) – Pafos (Kipr)
21:45. PAOK (Yunanıstan) – Anderlext (Belçika)
22:00. Tyun (İsveçrə) – Vikinqur (İslandiya)
23:00. Benfika (Portuqaliya) – Harts (Şotlandiya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: