Avroliqa: “Qarabağ” “Molde” üzərində qələbə ilə başladı

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Norveçin “Molde” klubu ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gəliblər.

Xatırladaq ki, “Molde” Azərbaycan nəhəngi üçün tanış rəqibdir. Belə ki, 3 il əvvəl – 2020/2021 mövsümündə Norveç klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Ağdam təmsilçisi ilə qarşılaşmışdı. Əlsində, həmin oyun Bakıda keçirilməli olsa da, “Molde” koronavirus səbəbindən paytaxtımıza gəlməkdən imtina etmişdi. Nəticədə o zaman təmsilçimiz bu rəqibini Kiprdə qəbul etmək məcburiyyətində qalmışdı və penalti seriyasında uğursuzluqla üzləşərək ÇL-də mübarizəni dayandırmışdı.

İndi Azərbaycan çempionu həm “Molde”dən həmin məğlubiyyətin qisasını almağı, həm də Avroliqanın qrup mərhələsinə uğurlu start verməyu hədəfləmişdi. Qurban Qurbanovun yetirmələri bu istəklərinə minimalhesablı qələbə ilə çatıblar. Komandamızın yeganə qolunu ikinci hissədə Leandro Andrade vurub. Baxmayaraq ki, rəqibindən daha üstün futbol göstərən Ağdam təmsilçisi bu komandaya daha böyük hesabla qalib gələ bilərdi.

Qeyd edək ki, bu gün baş tutan qrupun digər matçında “Bayer” (Almaniya) “Hakken”i (İsveç) qəbul edib. Almaniya nəhəngi bu oyunda 4:0 hesablı qələbəyə sevinib.

Avropa Liqası
H qrupu
21 sentyabr

“Qarabağ” – “Molde” 1:0
Qol: Leandro Andrade, 56.
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Mettyu Makdermid (Şotlandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 99. Andrey Lunyov, 2. Mateus Silva (90. Nəriman Axundzadə, 88), 5. Maksim Medvedev (k) (55. Bədavi Hüseynov, 82), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya (27. Toral Bayramov, 81), 15. Leandro Andrade (17. Hamidu Keyta, 81), 10. Abdullah Zubir, 18. Olavio Juninyo (66. Patrik Andrade, 90+3).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Molde: 1. Yakob Karlstrom, 25. Andres Hagelskyaer, 2. Martin Byornbak, 3. Kasper Oyvann, 28. Kristoffer Hogen (21. Martin Linnes, 70), 15. Markus Kaasa (20. Kristian Eriksen, 74), 6. Martin Ellinqsen (5. Eyrik Hestad, 70), 16. Emil Breyvik, 31. Matias Lovik, 9. Veton Berişa (22. Maqnus Qrödem, 88), 7. Maqnus Eykrem (k) (8. Fredrik Qulbrandsen, 70).
Ehtiyat oyunçular: 12. Oliver Petersen, 34. Peder Lervik, 4. Kristian Kappis, 10. Erik Kitolano, 19. Eyrik Haquan, 33. Niklas Edeqor.
Baş məşqçi: Erlinq Moe.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: