Avropa çempionatı: Nicat Hüseynov finalda!

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün turnirin yarımfinal döyüşləri keçirilir.

Bu mərhələyə yüksələn Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) rinqdən növbəti dəfə qələbə ilə ayrılıb. Dünya və Avropa birinciliklərinin mükafatçısı finala gedən yolda türkiyəli Mehmethan Çinarla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma boksçumuzun qələbəsi ilə başa çatıb. Hüseynov 3:2 (29:28, 27:30, 29:28, 29:28, 28:29) hesablı qələbəyə sevinib. O, həlledici döyüşə martın 23-də çıxacaq. Boksçumuzun rəqibi hələ bəlli deyil.

Qeyd edək ki, Azərbaycan milli komandasının bu gün daha 3 boksçusu yarımfinal döyüşünə çıxacaq.

Avropa çempionatı martın 23-nə qədər davam edəcək.

Xəbəri paylaş: