Bu gün futbol üzrə Avropa Liqasında 2022/2023 mövsümünün final oyunu keçirilib. Arena.az xəbər verir ki, final matçında İspaniyanın “Sevilya” və İtaliyanın “Roma” komandaları üz-üzə gəliblər.
Həlledici matç Macarıstanın paytaxtı Budapeştdəki 67 min tamaşaçı tutumuna malik “Puşkaş Arena”da keçirilib. Bakı vaxtı ilə saat 23:00-da başlayan final matçını İngiltərədən olan Entoni Teylor idarə edib.
Bu, qitənin ikinci dərəcəli klub turnirində “Sevilya”nın 7-ci, “Roma”nın isə 2-ci final matçı idi. Turnirin rekordçusu olan “Sevilya” bu oyuna qədər keçirdiyi 6 final oyununun hamısında qalib gəlməyi bacarmışdı – 2006, 2007, 2014, 2015, 2016 və 2020-ci illərdə.
“Roma” isə yalnız 1991-ci ildə finala çıxmışdı. “Canavarlar” həlledici görüşdə İtaliyanın digər komandası “İnter”ə məğlub olmuşdu.
Hər iki komanda daxili çempionatda 2022/2023 mövsümünün yekunlarına əsasən ilk dördlüyə düşə bilmədiyindən, Avropa Liqasında çempion olmaq onlar üçün çox vacib idi. Çünki qalib gələcək komanda növbəti mövsümdə həm də UEFA Çempionlar Liqasında iştirak hüququna yiyələnəcəkdi.
Budapeştdəki qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Hesabı ilk yarıda romalılar açsa da, ispanlar fasilədən sonra avtoqol sayəsində hesaba tarazlıq gətiriblər – 1:1. Matçın əsas vaxtı elə bu hesabla bitib. Əlavə vaxtda da hesab dəyişməz qalıb. Bu üzdən də penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Sevilya” yenidən bu turnirdə ən güclü olmağı bacarıb. İspaniya klubu Avroliqanın “şəxsi turniri” olduğunu bir daha isbatlayıb.
Avropa Liqası
Final
31 may
Sevilya – Roma 1:1 (penaltilər 4:1)
Qollar: Canluka Mançini, 55-öz qapısına – Paulo Dibala, 35.
Baş hakim: Entoni Teylor (İngiltərə).
Budapeşt, “Ferents Puşkaş Arena”.
Sevilya: Yassin Bunu, Aleks Telles (Kerim Rekik, 94), Nemanya Qudel (Markao, 120+8), Loik Bade, Xesus Navas (k) (Qonsalo Montiel, 94), İvan Rakitiç, Fernando (Xoan Xordan, 120+9), Brayan Xil (Erik Lamela, 46), Oliver Torres (Suso, 46), Lukas Okampos, Yussef En-Nesiri.
Ehtiyat oyunçular: Marko Dmitroviç, Alberto Flores, Tanqi Nyanzu, Manu Bueno, Alexandro Qomes, Rafa Mir.
Baş məşqçi: Xose Luis Mendilibar.
Roma: Rui Patrisio, Kris Smollinq, Canluka Mançini, Rocer İbanyes, Leonardo Spinatsola (Dieqo Lyorente, 106), Nemanya Matiç (Edoardo Bove, 120), Brayan Kristante, Zeki Çelik (Nikola Zalevski, 91), Paulo Dibala (Corcinyo Veynaldum, 68), Lorenstso Pelleqrini (k) (Stefan El-Şaaravi, 106), Temmi Abraham (Andrea Belotti, 75).
Ehtiyat oyunçular: Pyetro Boer, Mile Svilar, Rik Karsdrop, Madi Kamara, Benjamin Tahiroviç, Kristian Volpato.
Baş məşqçi: Joze Mourinyo.
Penalti seriyası:
Lukas Okampos – 1:0
Rik Karsdrop – 1:1
Erik Lamela – 2:1
Canluka Mançini – 2:1 (qapıçı)
İvan Rakitiç – 3:1
Rocer İbanes – 3:1 (dirək)
Qonsalo Montiel – 4:1