Avropa Super Liqası UEFA-nı ittiham etdi

Avropa Super Liqası UEFA-nın Super Liqa işi ilə bağlı press-relizinin dəyişdirilməsi ilə haqda Avropa Məhkəməsinə müraciətini cavablayıb.

Arena.az “Sport.es” dərgisinə istinadən, Super Liqanın müvafiq xüsusda bəyanatını təqdim edir:

“UEFA ədalətə qulaq asmır. Başa düşmür ki, onun inhisarı bitib, imtiyazlarının Avropada yeri yoxdur. Ədalət bunu çox aydın və heç bir şübhə doğurmayan şəkildə söylədi – UEFA oxşar yarışları təşviq etmək istəyən klubları artıq hədələyə və ya sanksiyalara məruz qoya bilməz. İndi də UEFA klublara və təəccüblü odur ki, Avropa Məhkəməsinin özünə təzyiq etməkdə davam edir”, – Super Liqanın bəyanatında deyilir.

Xatırladaq ki, dekabrın 21-də Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətlərini qanunsuz elan edib. Məhkəmə qərarı ilə vurğulanır ki, təşkilatların Avropada klub yarışlarında inhisar hüququ yoxdur və Avropa qanunlarına əsasən Super Liqa rəsmi olaraq yaradıla bilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: