Ayman Buali “Şamaxı”da!

Vaxtilə Azərbaycanda “Səbail”in də formasını geyinmiş yarımmüdafiəçi Ayman Buali bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Şamaxı”nın mətbuat xidmətinə istinadən xəbər verir.

Bölgə təmsilçisi mərakeşli hücumçunu azad agent kimi heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Ayman Buali Mərakeşin “Kasablanka” klubunun yetirməsidir. O, “Baynunah” və “Ümraniyəspor” kimi klubların da formasını geyinib. 2024/2025-ci illər mövsümündə “Səbail”in uğurları üçün çalışmış futbolçu “dənizçilər”in heyətində 12 oyuna çıxıb, 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Ötən yay “Səbail”dən ayrılaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Dhaid” klubuna keçmiş hücumçu bir illik fasilədən sonra Azərbaycana qayıdıb.

“Şamaxı” bu yay Uğur Cahangirov, Emin Rüstəmov, Sənan Muradlı, Ceyhun Bağırzadə, Okan Təhməzli, Hacıəli Şirəliyev, Emil Süleymanov, Nicat Qaragözlü, Jota, Rui Paçeko, David Deqo, Tornike Axvlediani, Abdul Raşid Mumini, Filipe Markes və Fariz Xeyrullayevi də heyətinə qatıb.

Alfons Msanqa, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau komandanı tərk ediblər. Əvəzində Abdulla Seydəhmədovla Həbib İsmayılov klubla yeni müqavilə imzalayıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: