Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” klubu futbolçusu Ayxan Süleymanlı ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 20 yaşlı müdafiəçi “3+1” illik yeni sözləşməyə imza atıb.
Xatırladaq ki, Ayxan Süleymanlı 2022-ci ildən “Sumqayıt”ın formasını geyinir. O, bu vaxta qədər Premyer Liqada 16 matçda meydanda olub.
Gənc oyunçunun klubla əvvəlki müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaqdı.