AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Estoniya oyunu ərəfəsində mətbuat konfransları və açıq məşqlər baş tutacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, oyundan bir gün öncə – iyunun 18-də əvvəlcə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Bu konfransa saat 11:00-da start veriləcək. 11:30-da isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqə start veriləcək.
Estoniya milli komandasının baş məşqçisi Tomas Heberli isə jurnalistlərlə saat 17:30-da görüşəcək. Saat 18:00-da da estonların ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqinə start veriləcək.
Hər iki məşq və mətbuat konfransı “Dalğa Arena”da olacaq.
Xatırladaq ki, Azərbaycan – Estoniya matçı iyunun 17-də “Dalğa Arena”da keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.


