Yoxlama görüşü çərçivəsində martın 22-də Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti oyununun biletləri satışa çıxarılıb.
Arena.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan – Haiti oyununun biletləri bu gün satışa çıxarılıb. Biletlərin qiymətləri 1-ci kateqoriya üzrə 5, 2-ci kateqoriya üzrə 2, VİP kateqoriya üzrə isə 10 manat təşkil edir.
Biletləri iTicket.az satış məntəqələrində, həmçinin “Gənclik Mall”, “28 Mall”, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1, 2, 3, 4 Saylı ASAN xidmət mərkəzləri, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzində əldə etmək olar. Oyun günü matçın keçiriləcəyi stadionun kassalarında da bilet satışı təşkil olunacaq.
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək.
Biletlərin qiymətləri:
1-ci Kateqoriya – 5 AZN
2-ci Kateqoriya – 2 AZN
VİP – 10 AZN
iTicket.az satış məntəqələri:
Gənclik Mall
28 Mall
Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)
Köşk No2 (Bülbül prospekti, Nizami küç.)
1 Saylı ASAN xidmət mərkəzi
2 Saylı ASAN xidmət mərkəzi
3 Saylı ASAN xidmət mərkəzi
4 Saylı ASAN xidmət mərkəzi
1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi


