UEFA Millətlər Liqasında qrup mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyununun biletləri satışa çıxarılıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, biletlərin qiymətləri sektorlara görə 3, 5 və 10 manat təşkil edir. VİP sektoruna biletlərin qiyməti isə 20-30 manatdır.
1-ci kateqoriya – 10 AZN
2-ci kateqoriya – 5 AZN
3-cü kateqoriya – 3 AZN
VİP 1 – 20 AZN
VİP 2 – 30 AZN
Biletləri “İtickets” və satış kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, Azərbaycan – İsveç matçı sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.
Yeri gəlmişkən, Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində daha bir oyununun yeri müəyyənləşib. C Liqasının 1-ci qrupunda yer alan yığmamız son turda İsveçin qonağı olacaq. Noyabrın 19-da gerçəkləşəcək qarşılaşma Solna şəhərində yerləşən “Friends Arena”da təşkil olunacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.


