Azərbaycan – İsveç oyununun biletləri satışa çıxarıldı

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyununun biletləri satışa çıxarılıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, biletlərin qiymətləri 5, 10, 15, 30 (VİP), 50 (VİP) və 200 (VİP) manat təşkil edir.

Xatırladaq ki, Azərbaycan – İsveç matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 21:00-da start veriləcək.

Biletlərin satış qiymətləri:

1-ci Kateqoriya – 15 AZN
2-ci Kateqoriya – 10 AZN
3-cü Kateqoriya – 5 AZN
VİP – 30, 50, 200 AZN

Biletlərin satış nöqtələri:

iTicket.az satış məntəqələri
Gənclik Mall
28 Mall
Heydər Əliyev Sarayı-nın kassası
Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)
Köşk No2 (Bülbül prospekti, Nizami küç.)
1 Saylı ASAN xidmət mərkəzi
2 Saylı ASAN xidmət mərkəzi
3 Saylı ASAN xidmət mərkəzi
4 Saylı ASAN xidmət mərkəzi
1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi

Xəbəri sosial şəbəkələrdə paylaş: