Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun gününün ilk qarşılaşması Bayılda baş tutub.
Birada “Səbail”lə “Zirə” komandaları üz-üzə gəliblər. Dördüncü dəfə kubokda yolları kəsişən komandaların bütün duellərində “Zirə” yarımfinala adlayıb. “Səbail” əvvəlki matçlarda qələbə qazanmayıb. Belə ki, əvvəlki 6 oyunun cəmi 1-i heç-heçə bitib, qalan 5 oyunda “Zirə” qalib gəlib.
Elə bugünkü oyunda da qələbəni “Zirə” bayram edib. “Səbail”in gücü yalnız təsəlli qoluna çatıb. Cütün taleyinə gələn həftə Zirədə keçiriləcək cavab oyununda aydınlıq gələcək.
Günün digər oyunu “Sabah”la “Qarabağ” arasında keçiriləcək.
Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunları fevralın 8-9-da keçiriləcək.
Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
30 yanvar
“Səbail” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev.
“Bayıl Arena”, 15:00.
Səbail: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 8. Bahadur Həziyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah, 7. Madi Keta.
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov,, 55. Nir Bardea, 3. Silven Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 5. Stefan Akka, 4. Ruan Renato, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular, 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 9. Vladislav Kulaç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli.
Baş məşqçi: Rəşad Sadıqov.


