Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin bütün iştirakçıları və cütləri müəyyənləşib.
Arena.az xəbər verir ki, 1/8 final bu gün keçirilən son iki oyunundan sonra Premyer Liqanın 8 komandası mübarizəni davam etdirib.
1/4 finalın ən maraqlı cütlüyündə “Sabah” və “Qarabağ” komandaları yarımfinala vəsiqə uğrunda bir-biriləri ilə qarşılaşacaqlar.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları yanvarın 30-31-də, cavab görüşləri isə fevralın 6-7-də keçiriləcək.
Azərbaycan Kuboku
1/4 final
“Səbail” – “Zirə”
“Araz-Naxçıvan” – “Qəbələ”
“Sumqayıt” – “Neftçi”
“Sabah” – “Qarabağ”


