Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunlarının hakimləri

Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarının təyinatları müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

“Qarabağ” – “Səbail” matçını Cavid Cəlilov, “Neftçi” – “Kəpəz” görüşünü isə Rəşad Əhmədov idarə edəcək. “Sumqayıt” – “Sabah” görüşündə Elçin Məsiyev söz sahibi olacaq. “Zirə” – “Araz-Naxçıvan” qarşılaşması isə İnqilab Məmmədova tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları fevralın 27-də və 28-də keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final mərhələsinin cavab oyunları
27 fevral

“Qarabağ” – “Səbail”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.
İlk oyun: 1:0.

“Sumqayıt” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.
İlk oyun: 0:0.

28 fevral

“Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zirə İdman Kompleksinin stadionu, 16:00.
İlk oyun: 0:1.

“Neftçi” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “Neftçi Arena”, 19:30.
İlk oyun: 2:0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: