Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, iki günü əhatə edəcək mərhələnin bütün görüşləri canlı yayımlanacaq.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin dörd cavab oyunundan ikisi fevralın 8-də, qalan ikisi isə ayın 9-da keçiriləcək. Həmin oyunların təqvimini təqdim edirik:
Azərbaycan Kuboku
1/4 final
8 fevral
“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 17:00.
“Qarabağ” – “Sabah”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.
9 fevral
“Qəbələ” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu, 16:00.
“Neftçi” – “Sumqayıt”
Bakı. “Neftçi Arena”, 19:00.


