Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk oyun “Səbail”lə “Zirə” arasında baş tutacaq. Dördüncü dəfə kubokda yolları kəsişən komandaların bütün duellərində “Zirə” yarımfinala adlayıb. “Səbail” əvvəlki matçlarda qələbə qazanmayıb. Belə ki, əvvəlki 6 oyunun cəmi 1-i heç-heçə bitib, qalan 5 oyunda “Zirə” qalib gəlib.
Günün digər oyunu “Sabah”la “Qarabağ” arasında keçiriləcək. Bu komandalar isə ölkə kubokunda ilk dəfə üz-üzə gələcəklər.
Maraq üçün qeyd edək ki, bu gün kubok matçına çıxacaq komandalardan “Qarabağ” 47 xalla liderdir. “Zirə” 30 xalla 4-cü, “Səbail” 27 xalla 5-ci, “Sabah” isə 26 xalla 7-ci sırada qərarlaşıb.
Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunları fevralın 8-9-da keçiriləcək.
Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
30 yanvar
“Səbail” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Bayıl Arena”, 15:00.
“Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Masazır Arena”, 19:00.
31 yanvar
“Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Mərdəkan. “Dalğa Arena”, 16:00.
“Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena”, 19:00.


