Futzal üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsi çərçivəsində keçiriləcək oyunlar üçün bütün təyinatlar müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan kubokunda 1/8 final mərhələsinin bütün oyunları Bakı İdman Sarayında keçiriləcək. Bu mərhələdə də qaliblər bir oyuna əsasən bəlli olacaq. Sabah ilk 1/4 finalçının adına aydınlıq gələcək. Martın 16-da dörd qarşılaşma baş tutacaq. Qalan üç oyun isə ayın 17-də keçiriləcək.
1/8 final mərhələsinin oyunları üçün bütün təyinatları təqdim edirik:
Azərbaycan kuboku
1/8 final
15 mart
16:00. Record – U-17
Hakimlər: Şakir Quliyev, Məmmədəli Kərimov, Ziya Nəsirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı.
16 mart
15:30. Alyans – U-19
Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı.
17:30. Baku Fire – Dalğa
Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, Ceyhun Hüseynov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı.
19:30. Şamaxı – Flaqman
Hakimlər: Hacıəli Ağayev, Mahir Məmmədov, Rza Məmmədov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı.
21:30. Baku Fire-3 – Rəvan
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı.
17 mart
18:00. ADBTİA – Araz Naxçıvan
Hakimlər: Hikmət Qafarlı, Elgün Hüseynov, Kənan Məlikov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı.
20:00. Neftçi İK – Advokat
Hakimlər: Xəlil Xəlilov, Nahid Xasıyev, Əli Cəbrayılov.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı.
22:00. Baku Fire-2 – MUM
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Kənan Məlikov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı.


