Azərbaycan Kubokunda 1/8 finalın hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin oyunlarına hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Hələlik yalnız Xankəndi şəhər stadionunda keçirilməsi planlaşdırılan “Qarabağ” – MOİK matçının təyinatları məlum deyil. Bu da oyunun Xankəndi şəhərində keçirilməsinin sual atına düşməsi ilə bağlıdır. Peşəkar Futbol Liqasının rəhbər şəxslərinin Xankəndiyə gedərkən qəzaya düşməsindən sonra bu matçın elə Bakıda təşkil olunması istisna olunmur.

Xatırladaq ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinə bu gün start veriləcək və dörd gün davam edəcək.

Azərbaycan Kuboku
1/8 final
18 dekabr

“Kəpəz” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Asiman Əzizli, Rauf Allahverdiyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Tovuz şəhər stadionu, 14:00.

“Sumqayıt” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Sumqayıt Arena”, 17:00.

19 dekabr

“İrəvan” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “ASK Arena”, 13:00.

“İmişli” – “Qəbələ”
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu, 16:00.

20 dekabr

“Səbail” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bayıl Arena”, 14:00.

“Zirə” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

21 dekabr

“Neftçi” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi Arena”, 18:00.

“Qarabağ” – MOİK
Xankəndi şəhər stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: