Azərbaycan Kubokunda 1/8 finalın oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

PFL-in yaydığı məlumatda o da qeyd olunur ki, “İmişli” – “Qəbələ” oyununun keçiriləcəyi stadionun müəyyənləşdirilməsi ilə bağlı Əsasnamə proseduruna uyğun olaraq “İmişli” klubuna məlumat verilib. Yekunda matçın Qəbələ şəhər stadionunda oynanılması qərara alınıb.

“Qarabağ”ın MOİK-lə matçının harada keçiriləcəyi hələ tam dəqiqləşməyib. Oyunun Xankəndi şəhər stadionunda keçirilməsi planlaşdırılsa da, ötən gün PFL rəhbərliyinin qəzaya düşməsi səbəbindən bunun baş tutmama ehtimalı yaranıb. İstisna edilmir ki, oyun elə Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilsin. Çünki Ağdam klubu ev oyunlarını məhz mərkəzi arenada keçirir. Lakin təşkilatçılıqla bağlı ciddi problemlər qalmasa, oyunun öncədən nəzərdən tutulduğu kimi, Xankəndi şəhər stadionunda keçirilməsi mümkün olacaq. Tezliklə bununla bağlı yekun qərarın açıqlanması gözlənilir.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mübarizəsi bir qarşılaşmadan ibarət olacaq. Oyunlar dörd gün ərzində keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final
18 dekabr

“Kəpəz” – “Sabah”
Tovuz şəhər stadionu, 14:00.

“Sumqayıt” – “Karvan”
“Sumqayıt Arena”, 17:00.

19 dekabr

“İrəvan” – “Araz-Naxçıvan”
“ASK Arena”, 13:00.

“İmişli” – “Qəbələ”
Qəbələ şəhər stadionu, 16:00.

20 dekabr

“Səbail” – “Şamaxı”
“Bayıl Arena”, 14:00.

“Zirə” – “Turan Tovuz”
Zirə İdman Kompleksinin stadionu, 17:00.

21 dekabr

“Qarabağ” – MOİK
14:00

“Neftçi” – “Qaradağ Lökbatan”
“Neftçi Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: