Azərbaycan Kubokunda 2-ci mərhələyə Tovuzda start verilir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

“Turan Tovuz” doğma meydanda 2-ci Liqa təmsilçisi “Hypers Quba” ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda saat 20:00-da başlayacaq matçı Əkbər Əhmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Cütün qalibi 1/8 finalda “Sabah”a rəqib olacaq.

Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin qalan görüşləri 29-31 oktyabr aralığında keçiriləcək.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi

28 oktyabr

“Turan Tovuz” – “Hypers Quba”
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu, 20:00.

29 oktyabr

MOİK – “Şimal”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Şahdağ Qusar” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Rəhman Aslanov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Dalğa Arena”, 16:00.

“Ağdaş” – “Kəpəz”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Əkbər Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu, 16:00.

“Dinamo” – “Səbail”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Fərid Hacıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 18:00.

30 oktyabr

“Şamaxı” – “Şəmkir”
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Tural Qurbanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 14:00.

“Mingəçevir” – “Zaqatala”
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Samir Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.

“Qaradağ Lökbatan” – “Karvan”
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şəfa” – “Difai”
Hakimlər: Vüqar Həsənli, Aydın Bəxşiyev, Nurlan Əhmədzadə, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “ASK Arena”, 15:00.

31 oktyabr

“İmişli” – “Cəbrayıl”
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Anar Bədəlov, Emin Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Qəbələ” – “Baku Sportinq”
Hakimlər: Nicat İsmayıllı, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: