Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan Kubokunda 2-ci raundun oyunları iki günü (28 və 29 oktyabr) əhatə edəcək.
“Göygöl” – “Baku Sportinq”, “Qaradağ Lökbatan” – “İmişli”, “Dinamo” – “Turan Tovuz” və “Xankəndi” – “Difai” oyunları ev sahibi komandaların stadionlarının standartlara cavab verməməsi səbəbindən qonaq komandaların ev oyunlarını keçirdiyi stadionlarda baş tutacaq. Nominal qonaqlar ev sahibinin bütün funksiyalarını yerinə yetirəcək. PFL və klublar arasında bütün danışıqlar Əsasnamə tələblərinə əsasən aparılaraq, rəsmi müraciətlər əsasında qərarlar qəbul olunub.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
28 oktyabr
“Göygöl” – “Baku Sportinq”
Buzovna qəsəbə stadionu, 14:00.
“Karvan” – “Şəki”
Şamaxı şəhər stadionu, 14:00.
“Qaradağ Lökbatan” – “İmişli”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Cəbrayıl” – “Şəfa”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Kəpəz” – “Ağstafa Gəncləri”
Qəbələ şəhər stadionu, 14:00.
“Dinamo” – “Turan Tovuz”
Bakı. “Azersun Arena”, 17:00.
29 oktyabr
“Şimal” – “Şahdağ Qusar”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Xankəndi” – “Difai”
Ağsu şəhər stadionu, 14:00.
“Zaqatala” – “Sumqayıt”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Qəbələ” – “Mingəçevir”
Qəbələ şəhər stadionu, 16:00.
“Səbail” – “Şamaxı”
“Bayıl Arena”, 17:00.
“Neftçi” – MOİK
Bakı. “Neftçi Arena”, 18:00.


