Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün ikinci təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu raundun matçları noyabrın 28-29-da keçiriləcək.
İkinci təsnifat mərhələsi səddini uğurla keçən İkinci Liqa komandaları “Lerik”, “Kür-Araz” və “Şəfa” Əsasnamənin tələbinə əsasən, ya standartlara cavab verən stadion təmin etməli, ya da səfərdə oynamalı idilər. Adıçəkilən klublar Peşəkar Futbol Liqasına rəsmi şəkildə səfər komandası kimi oynamaqla bağlı bildiriş ünvanlayıblar.
Qərara əsasən, “Lerik” “Sumqayıt”ı, “Şəfa” “Səbail”i, “Kür-Araz” isə “Araz-Naxçıvan”ı rəqibin meydanında qəbul edəcək.
Azərbaycan Kuboku
İkinci təsnifat mərhələsi
28 noyabr
13:30. “Karvan” – “Difai Ağsu”
Yevlax şəhər stadionu.
13:30. “Araz Saatlı” – “İrəvan”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.
13:30. MOİK – “Cəbrayıl”
Binə qəsəbə stadionu.
15:00. “Şəfa” – “Səbail”
Bakı. “Bayıl Arena”.
17:00. “Turan Tovuz” – “Göygöl”
Tovuz şəhər stadionu.
29 noyabr
13:30. “Şahdağ Qusar” – “Qaradağ Lökbatan”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
13:30. “Kəpəz” – “Baku Sportinq”
Tovuz şəhər stadionu.
13:30. “Zaqatala” – “Şamaxı”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.
13:30. “İmişli” – “Mingəçevir”
İmişli şəhər stadionu.
15:00. “Kür-Araz” – “Araz-Naxçıvan”
Bakı. “Dalğa Arena”.
18:00. “Lerik” – “Sumqayıt”
“Sumqayıt Arena”.


