Azərbaycan Kubokunda 2025/26 mövsümünə start verildi

Bu gün keçirilmiş dörd oyunla futbol üzrə Azərbaycan Kubokunda yeni – 2025/2026-cı illər mövsümünə start verilib.

Arena.az xəbər verir ki, bu oyunlardan sonra 2-ci təsnifat mərhələsinə vəsiqə qazanmış ilk 4 komanda bəlli olub.

“Ağstafa Gəncləri” “Şirvan”ı, “Qaradağ Lökbatan” “Ağdaş”ı, “Şəki” “Araz-Saatlı”nı, “Dinamo” isə əlavə vaxtda “Kür-Araz”ı məğlub edib.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsin
qalan oyunları oktyabrın 10-da baş tutacaq.

Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
9 oktyabr

“Şəki” – “Araz Saatlı” 3:2
Qollar: Ümid Nağdalıyev, 46. Cavid İmamverdiyev, 87-pen. Saleh Süleymanov, 89 – Yaqub Yusubov, 42. Rəvan Əvəzov, 65-pen.
Hakimlər: Ruslan Quliyev, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Rekord Arena”. 14:00.

“Qaradağ Lökbatan” – “Ağdaş” 8:0
Qollar: Taryel Zeynalov, 19-öz qapısına. Vüsal Hüseynov 32. Elmin Əskərli 45+1. Rövşən Şahmuradov, 65; 67; 69. Ayxan Məcidov, 88. Sabir Allahquliyev, 90.
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Səbuhi Əmrahov, Əkbər Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu. 14:00.

“Dinamo” – “Kür-Araz” 3:2
Qollar: Əkbər Səfərzadə, 57. Yadigar Qarayev, 72; 103 – Elnur Məmmədov, 5; 49.
Hakimlər: Mahmud Bağırzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu. 14:00.

“Ağstafa Gəncləri” – “Şirvan” 1:0
Qol: Elgün Namazov, 50.
Hakimlər: Alik Yunusov, Şirmamed Mamedov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmnədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağstafa şəhər stadionu. 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: