Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün final oyununun bütün təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Belə ki, “Qarabağ”la “Sabah” arasında baş tutacaq matçı İnqilab Məmmədov idarə edəcək.
Azərbaycan Kuboku
Final
31 may
19:00. “Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Fərid Hacıyev.
Ehtiyat köməkçi hakim: Cəmil Quliyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.


