Azərbaycan Kubokunda ilk finalçı – “Qarabağ”!

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

Arena.az xəbər verir ki, günün ilk qarşılaşması “Qarabağ”la “Araz-Naxçıvan” arasında baş tutub.

Tərəflər arasındakı ilk oyun Naxçıvan təmsilçisinin qələbəsiylə yekunlaşmışdı – 1:0. Bu üzdən də Ağdam təmsilçisinə mərhələ adlamaq üçün ən azı 2 top fərqi ilə qalib gəlmək lazım idi. “Araz-Naxçıvan” isə ən azı heç-heçə sayəsində də finala yüksələ bilərdi.

Amma Ağdam klubu bu görüşdə 3 cavabsız qolla qalib gələrək ilk oyundakı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Beləcə, “Qarabağ” ilk finalçı olub.

Digər finalçının adına bu gün keçiriləcək “Sabah” – “Neftçi” matçında aydınlıq gələcək. İlk görüşdə “Sabah” 2:1 hesabıyla qalib gəlib.

Sonda onu da xatırladaq ki, Azərbaycan Kubokunda cari mövsümün qalibi mayın 31-də keçiriləcək final oyununda bəlli olacaq.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
23 aprel

“Qarabağ” – “Araz-Naxçıvan” 3:0
Qollar: Yassin Benzya, 65. Nəriman Axundzadə, 70. Toral Bayramov, 77-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev.
VAR: Kamal Umudlu.
AVAR: Rauf Cabbarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 0:1.

Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: