Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, mərhələnin bütün oyunları Peşəkar Futbol Liqasının “AzPFL” “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunda yeni mövsümə noyabrın 18-də start veriləcək. İlk mərhələnin oyunlarına ayın 20-də yekun vurulacaq.
Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
18 noyabr
“Füzuli” – “Lerik”
“ASK Arena”, 13:00.
“Qusar” – “Şahdağ Qusar”
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.
“Göygöl” – “Dinamo”
Göygöl OİK stadionu, 14:30.
19 noyabr
“Ağdaş” – “Cəbrayıl”
Ağdaş şəhər stadionu, 14:00.
“Sheki City” – “Kür-Araz”
Şəki şəhər stadionu, 14:00.
“Baku Sportinq” – “Kürmük”
Binə qəsəbə stadionu, 14:30.
20 noyabr
“Şəfa” – “Şəmkir”
Binə qəsəbə stadionu, 14:30.


