Bu gün keçiriləcək son iki oyunla futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Arena.az xəbər verir ki, oyunlardan biri Göygöldə, digəri Qubada baş tutacaq.
“Göygöl” “Şəmkir”i, “Quba” “Xankəndi”ni qəbul edəcək. Hər iki oyuna eyni saatda (14:00) start veriləcək.
Xatırladaq ki, Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinə ötən gün start verilib. İlk oyun günündə keçirilmiş görüşlərdə “Ağstafa Gəncləri” “Şirvan”ı, “Qaradağ Lökbatan” “Ağdaş”ı, “Şəki” “Araz-Saatlı”nı, “Dinamo” isə əlavə vaxtda “Kür-Araz”ı məğlub edib.
Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
9 oktyabr
“Şəki” – “Araz Saatlı” 3:2
Qollar: Ümid Nağdalıyev, 46. Cavid İmamverdiyev, 87-pen. Saleh Süleymanov, 89 – Yaqub Yusubov, 42. Rəvan Əvəzov, 65-pen.
Hakimlər: Ruslan Quliyev, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Rekord Arena”. 14:00.
“Qaradağ Lökbatan” – “Ağdaş” 8:0
Qollar: Taryel Zeynalov, 19-öz qapısına. Vüsal Hüseynov 32. Elmin Əskərli 45+1. Rövşən Şahmuradov, 65; 67; 69. Ayxan Məcidov, 88. Sabir Allahquliyev, 90.
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Səbuhi Əmrahov, Əkbər Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu. 14:00.
“Dinamo” – “Kür-Araz” 3:2
Qollar: Əkbər Səfərzadə, 57. Yadigar Qarayev, 72; 103 – Elnur Məmmədov, 5; 49.
Hakimlər: Mahmud Bağırzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu. 14:00.
“Ağstafa Gəncləri” – “Şirvan” 1:0
Qol: Elgün Namazov, 50.
Hakimlər: Alik Yunusov, Şirmamed Mamedov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmnədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağstafa şəhər stadionu. 14:00.
10 oktyabr
14:00. “Göygöl” – “Şəmkir”
Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu.
14:00. “Quba” – “Xankəndi”
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Quba Olimpiya İdman Kompleksinin stadionu.


