Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
İkinci Liqa təmsilçilərindən “Şəfa” “Şəmkir”i qəbul edib. Əsas vaxtı 1:1 hesabıyla bitən matçın qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Şəfa” növbəti mərhələyə yüksəlib.
Azərbaycan Kuboku
Birinci təsnifat mərhələsi
20 noyabr
“Şəfa” – “Şəmkir” 1:1 (penaltilər 5:3)
Qollar: Sahib Cümşüdov, 26-pen – Elgün Namazov, 58.
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 14:30.
Xatırladaq ki, daha öncə “Lerik”, “Şahdağ Qusar”, “Göygöl”, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” də Azərbaycan Kubokunda növbəti mərhələyə yüksəlmişdilər.
Artıq İkinci təsnifat mərhələsində hansı komandaların qarşılaşacağı da məlumdur:
“Şəfa” – “Səbail”
“Zaqatala” – “Şamaxı”
“Turan Tovuz” – “Göygöl”
“Araz-Saatlı” – “İrəvan”
“Kür-Araz” – “Araz-Naxçıvan”
“İmişli” – “Mingəçevir”
“Lerik” – “Sumqayıt”
“Karvan” – “Difai Ağsu”
“Şahdağ Qusar” – “Qaradağ Lökbatan”
“Kəpəz” – “Baku Sportinq”
MOİK – “Cəbrayıl”


