Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
İlk yarımfinalçının adına “Qarabağ” – “Səbail” matçında aydınlıq gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş oyunu Cavid Cəlilov idarə edib.
Bu komandalar arasındakı ilk oyunda Ağdam klubu tək qolla qalib gəlmişdi. Dörd qolun vurulduğu cavab görüşündə də inamlı qələbəyə sevinmiş “Qarabağ” Azərbaycan Kubokunda ilk yarımfinalçı olub.
Azərbaycan Kuboku
1/4 final mərhələsinin cavab oyunu
27 fevral
“Qarabağ” – “Səbail” 3:1
Qol: Musa Qurbanlı, 13. Emin Rüstəmov, 43-avtoqol. Nəriman Axundzadə, 55 – Rüfət Abdullazadə, 15.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.
İlk oyun: 1:0.
Qarabağ: 99. Mateuş Koxalski, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 9. Kadi Borges, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. David Qomis, 5. Gitay Sofir.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 84. Teymur Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 3. Dmitri Litvin, 99. İnnosent Nşuti, 7. Madi Keta, 14. Suleyman Alluş.
Məşqçi: Elvin Məmmədov.


