Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarında qapılara 18 qol vurulub.
Arena.az xəbər verir ki, “Qarabağ” “Sabah”ı 7:1, “Neftçi” “Sumqayıt”ı 3:2, “Zirə” “Səbail”i 2:1 hesabı ilə məğlub edib.
“Araz-Naxçıvan”la “Qəbələ” arasındakı qarşılaşmada isə məhsuldar heç-heçə qeydə alınıb – 1:1.
Bununla da Azərbaycan Kubokunda 1/4 finalın dörd matçındakı qol sayında yarışın tarixinin yeni rekordu qeydə alınıb. Buna qədər rekord 17 qolun vurulduğu 2006/2007 mövsümünə məxsus idi. Həmin vaxt da 1/4 finalın ilk görüşləri məhsuldar alınmışdı.


