Futbol üzrə Azərbaycan Kubokunda son 16 mövsümün rekordu qeydə alınıb. Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, 2023/2024 mövsümündə indiyə qədər qapılara 140 qol vurulub. Bu, son 16 turnir üçün mütləq rekorddur.
Qeyd edək ki, sonucu dəfə daha çox qolun vurulması 2007/2008 mövsümünə təsadüf edib. Həmin vaxt bu rəqəm 180-ə bərabər olub.
Xatırladaq ki, Azərbaycan Kubokunda 2023/2024 mövsümünə iyunun 2-də “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Zirə” matçı ilə yekun vurulacaq.


