Azərbaycan Kubokunda sonuncu yarımfinalçı “Neftçi” oldu

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu yarımfinalçının adına “Neftçi” – “Kəpəz” matçında aydınlıq gəlib.

Bu rəqiblə səfər oyunundan inamlı qələbə ilə ayrılmış paytaxt klubu doğma meydanda da tək qolla qalib gəlib. Nəticədə, “Neftçi” yarımfinala vəsiqə əldə edib, “Kəpəz” isə kubokla vidalaşıb.

Xatırladaq ki, daha öncə “Qarabağ” “Səbail”lə, “Sabah” “Sumqayıt”la, “Araz-Naxçıvan” isə “Zirə” ilə duellərdən qalib ayrılaraq Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanmışdılar.

Azərbaycan Kuboku
1/4 final mərhələsinin cavab oyunları
28 fevral

“Neftçi” – “Kəpəz” 1:0
Qol: Bassala Sambu, 29.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “Neftçi Arena”, 19:30.
İlk oyun: 2:0.

Neftçi: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 13. Emil Səfərov, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 9. Bassala Sambu, 18. Ryonosuke Ohori, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 22. Dembo Darboe, 20. Alfa Konte.
Baş məşqçi: Samir Abasov.

Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov (k), 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 8. Elmir Tağıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 28. Rati Ardazişvili, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 78. Yeqor Xvalko.
Baş məşqçi: Azər Bağırov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: