Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin növbəti ilk oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, “Zirə” doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək bu qarşılaşmaya saat 19:00-da start veriləcək. Oyunu İnqilab Məmmədov idarə edəcək.
Bu komandalar indiyədək kubokda bir dəfə üz-üzə gəliblər. 2015/2016 mövsümündə “Qəbələ” bu rəqibini 1/4 final mərhələsi çərçivəsində həm səfərdə, həm də evdə (2:1, 5:1) məğlub edərək yarımfinala yüksəlib.
Kubok komandası hesab edilən “Qəbələ” Premyer Liqada çox uğursuz bir mövsüm keçirir. Sonuncu pillədə olan əyalət təmsilçisi yenə kubokda finala çıxmaqla çempionatdakı uğursuzluğu unutdurmaq arzusundadır. Amma “Zirə” də avrokuboklara vəsiqə qazanmaq üçün hər iki turnirdə uğurlu çıxışını davam etdirmək istəyir.
Xatırladaq ki, yarımfinalın digər görüşündə bir gün öncə “Qarabağ” əzəli rəqibi “Neftçi”yə səfərdə 4:0 hesabıyla qalib gəlməklə demək olar ki, cütün taleyini həll edib.
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.
Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
2 aprel
“Neftçi” – “Qarabağ” 0:4
Qollar: Toral Bayramov, 14-pen; 29. Marko Yankoviç, 37. Nəriman Axundzadə, 86.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “Neftçi Arena”.
3 aprel
19:00. “Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Tural Qurbanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu.


