Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.
Arena.az xəbər verir ki, iki günü əhatə edəcək mərhələnin görüşləri canlı yayımlanacaq.
“Neftçi” – “Qarabağ” matçı aprelin 2-də, “Zirə” – “Qəbələ” görüşü isə ayın 3-də baş tutacaq.
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab görüşlərinin təqvimi daha sonra açıqlanacaq.
Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
2 aprel
“Neftçi” – “Qarabağ”
Bakı. “Neftçi Arena”, 20:00.
3 aprel
“Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu, 19:00.


