Azərbaycan Kubokunun 2023/2024 mövsümünü püşkü atılacaq

Futbol üzrə Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün püşkatma mərasiminin keçiriləcəyi tarix müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, mərasim “Hyatt Regency” otelinin “Hyatt Hall” zalında baş tutacaq. Noyabrın 2-də təşkil ediləcək tədbir saat 15:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun yeni mövsümündə iştirak edəcək komandaların dəqiq sayı açıqlanmır. Bütün suallara böyük ehtimalla püşkatma günü aydınlıq gətiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: