Futzal üzrə Azərbaycan Kubokunun 2023/2024 mövsümünün final qarşılaşması üçün hakim təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Araz-Naxçıvan”la “Baku Fire” komandaları arasında baş tutacaq həlledici oyunu FİFA referiləri idarə edəcəklər.
Qeyd edək ki, Azərbaycan Kubokunun final qarşılaşması mayın 7-də Bakı İdman Sarayında keçiriləcək.
Azərbaycan Kuboku
Final
7 may
14.00. Araz-Naxçıvan – Baku Fire
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Kənan Məlikov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı.


