Azərbaycan millisi Andorra ilə yoxlama oyunu keçirəcək

Futbol üzrə Azərbaycan millisi 2026-cı ilin noyabr ayında Andorra yığma komandası ilə yoxlama oyununda qüvvəsini sınayacaq.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, qarşılaşma noyabrın 16-da səfərdə baş tutacaq.

Görüş Enkam inzibati bölgəsində yerləşən “Nou Estadi de la FAF” stadionunda reallaşacaq. Oyunun başlama saatı hələ məlum deyil. Böyük ehtimalla buna qarşıdakı müddətdə tərəflər arasındakı danışıqlardan sonra aydınlıq gələcək.

Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan millisi sentyabr ayında da iki oyun keçirəcək. Millimiz sentyabrın 23-də Takicistan milli komandası ilə üz-üzə gələcək. Sentyabrın 23-də isə Litva milli komandası ilə sınaq matçı nəzərdə tutulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: