Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan Siyasət Əsgərovun yetirmələri Litva yığmasının qonağı olub.
Bu, komandamızın cari tsikldəki ilk səfər sınağı olub. Vilnüsdəki “Jalgiris” stadionunda təşkil olunmuş oyun Azərbaycan yığmasının inamlı qələbəsi ilə yekunlaşıb. Millimizin qollarını Manya Esra və Nigar Mirzəliyeva vurub.
Qeyd edək ki, bu, yığmamızın qrupdakı ikinci oyunu idi. Azərbaycan millisi turnirdəki ilk oyununda evdə Monteneqro ilə qolsuz heç-heçə etmiçdi.
UEFA Millətlər Liqası
C Liqası, 4-cü qrup
4 aprel
Litva – Azərbaycan 0:2
Qollar: Esra Manya, 21. Nigar Mirzəliyeva, 55.
Baş hakim: Marina Zexner.
Baş hakimin köməkçiləri: Bilyana İskin, Linda Tieme.
Dördüncü hakim: Lena Hirtl (Hakimlər briqadası Avstriyadandır).
Vilnüs. “Jalgiris” stadionu.
Litva: 22. Meda Şeşkute, 14. Milda Liujinayte (k), 17. Auste Bernotayte, 6. Tereza Romanovskaya, 10. Lolita Jijite, 4. Alqimante Mikutayte, 19. Qreta Valikoniene, 23. Loreta Roqaçiova, 11. Mariya Qalkina, 7. Uqne Lazdauskayte, 9. Rimante Yonuşayte.
Ehtiyat oyunçular: 1. Qabriele Vasilenko, 12. Karolina Curukova, 3. Laura Kubiliute, 5. Karolina Yasaitite, 8. Erika Şupelite, 15. Justina Blajeviçiute, 16. Uqne Slankauskayte, 18. Auquste Andriyevskite, 21. Ema Kriauçiunayte.
Baş məşqçi: Tomas Rajanauskas.
Azərbaycan: 22. Nərgiz Əliyeva, 2. Diana Məmmədova, 4. Nigar Mirzəliyeva, 3. Jalə Məhsimova, 11. Alina Dorofeyeva, 7. Manə Mollayeva, 14. Coşqunə Əliyeva, 23. Yeliz Acar, 6. Esra Manya, 16. Nazlıcan Parlak, 9. Sevinc Cəfərzadə (k).
Ehtiyat oyunçular: 1. Aytac Şərifova, 12. Günay İsmayılova, 5. Ayşən Əhmədova, 8. Firəngiz Teymurova, 10. Xanım Əsədova, 13. Fidan Cəfərova, 15. Kamilla Məmmədova, 17. Aysun Muradova, 18. Alina Nəhmədova, 19. Sona Rəhimova, 21. Ayşən Salamzadə.
Baş məşqçi: Siyasət Əsgərov.
Xallar: Monteneqro – 4. Azərbaycan – 4. Litva – 0.


