19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə keçirilən MDB Oyunlarında sonuncu matçına çıxıb.
Arena.az xəbər verir ki, İlqar Aslanovun çalışdırdığı yığmamız qrupdakı dördüncü sınağında Rusiyadan olan həmyaşıdları ilə qarşılaşıb.
Matç rəqibin 7:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanın U-19 yığmasının yeganə qolunu Qüdrət Qasımzadə vurub.
Rusiya ilə oyunda millinin heyətində bu futzalçılar yer alıb: 12. Sadiq Əlizadə, 10 Fərid Abbasov (k), 5. İlham Əliyev, 3. Qüdrət Qasımzadə, 7. Şahbaz Həmdəmli, 1. Əli Quliyev, 2. Rüfət Məmmədli, 4. Elşən Mahmudov, 12. Sunay Həsənov, 11. Orxan Babayev, 9. Nüsrət Fərzəli, 6. Ayxan Məmmədli, 8. Bəyoğlan Vəlizadə, 14. Kərim Babayev.
Baş məşqçi: İlqar Aslanov.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Belarusa da 1:7 hesabıyla uduzmuşdu. Sonrakı turlarda baş tutan Qırğızıstan (2:5) və Özbəkistanla (1:9) görüşlər də yığmamızın məğlubiyyəti ilə başa çatmışdı.
Rusiya ilə oyundan sonra Millimiizn baş məşqçisi İlqar Aslanov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib:
“Oyuna yaxşı balşadıq, hesabı açan tərəf olduq. Ancaq üstünlüyümüzü qoruya bilmədik, təcrübəsizlik tədricən özünü büruzə verdi. Nəzərə alaq ki, bu komandaya U-17-nin bir neçə oyunçusunu da dəvət etmişik. Onlar ilk dəfə idi belə turnirdə iştirak edir, bu cür rəqiblərə qarşı oynayırdılar. Əvvəlki matçlarda da bu cür vəziyyətlə qarşılaşmışdıq. Etiraf edim ki, rəqiblərimiz də çox güclüdürlər. Amma təcrübəsizlikdən yaranan səhvlərimiz də az olmadı”.


