Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Bakıda Türkiyə yığma komandası ilə növbəti yoxlama oyununda üz-üzə gəlib. Arena.az xəbər verir ki, sözügedən komandalar yenə Mərdəkandakı “Dalğa Arena”da qarşılaşıblar.
Bu dəfə tərəflər heç-heçəyə razılaşıblar. Komandaların bütün cəhdlərinə baxmayaraq, qapılara qol vurulmayıb.
Xatırladaq ki, Azərbaycan millisi Türkiyə yığmasına qarşı aprelin 8-də eyni məkanda keçirdiyi ilk sınaq matçından 0:1 hesablı məğlubiyyətlə ayrılmışdı.
Yoxlama oyunu
11 aprel
Azərbaycan – Türkiyə 0:0
Qol: Busem Şeker, 6.
Hakimlər: Kristina Mariana Trandafir, Elena Mihaila Tepusa, Roxana İvanov (Rumıniya).
Dördüncü hakim: Fəridə Lütfəliyeva.
Bakı. “Dalğa Arena”. Saat 16:00.
Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova, 3. Jalə Məhsimova (23. Yeliz Acar, 62), 4. Nigar Mirzəliyeva, 6. Esra Manya (20. Peritan Bozdağ, 46), 7. Mana Mollayeva (18. Bilge Su Koyun, 62), 9. Sevinc Cəfərzadə (k), 10. Kristina Bakarandze (11. Vüsalə Seyfəddinova, 76), 13. Nərgiz Hacıyeva, 16. Nazlıcan Parlak, 17. Vüsalə Hacıyeva (5. Ayşən Əhmədova, 46).
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Göknur Güleryüz, 8. Firəngiz Teymurova, 14. Coşqunə Əliyeva, 15. Kamilla Məmmədova, 19. Sona Rəhimova.
Baş məşqçi: Siyasət Əsgərov.
Türkiyə: 23. Qamzenur Yaman, 2. Berna Yeniçeri (4. Ece Tekmen, 46), 5. Eda Karataş, 7. İlayda Civelek, 8. Emine Ecem Esen (14. Büşra Kuru, 67), 9. Busem Şeker (18. Benan Altıntaş, 62), 10. Ebru Topçu (k) (17. Miray Cin, 67), 11. Yağmur Uraz (22. Neslihan Demirdöğen, 76), 13. Birgül Sadıkoğlu (20. Elif Keskin, 46), 15. Kezban Tağ, 21. Gülbin Hız.
Ehtiyat oyunçular: 12. Senem Pınar Özer, 3. Didem Karagenc, 6. Meryem Cennet Çal, 16. Arzu Karabulut, 19. Cansu Gürsel.
Baş məşqçi: Necla Güngör Kırağası.


