Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Bakıda Türkiyə yığma komandası ilə yoxlama oyununda üz-üzə gəlib. Arena.az xəbər verir ki, sözügedən komandalar Mərdəkandakı “Dalğa Arena”da qarşılaşıblar.
Matçın taleyini bir qol həll edib. Qarşılaşma Azərbaycan millisi üçün uğursuz alınıb. Qonaqlar 6-cı dəqiqədə vurduqları yeganə qol sayəsində qələbə qazanıblar.
Xatırladaq ki, bu komandalar aprelin 11-də daha bir yoxlama oyunu keçirəcəklər.
Yoxlama oyunu
8 aprel
Azərbaycan – Türkiyə 0:1
Qol: Busem Şeker, 6.
Hakimlər: Teona Sturua, Khatuna Maisuradze, Ketevan Qaiparaşvili.
Dördüncü hakim: Fəridə Lütfəliyeva.
Bakı. “Dalğa Arena”. Saat 16:00.
Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova, 3. Jalə Məhsimova (13. Nərgiz Hacıyeva, 66), 4. Nigar Mirzəliyeva, 6. Esra Manya, 7. Manə Mollayeva (17. Vüsalə Hacıyeva, 66), 9. Sevinc Cəfərzadə (k), 10. Kristina Bakarandze, 16. Nazlıcan Parlak, 20. Peritan Bozdağ, 23. Yeliz Acar.
Ehtiyat oyunçular: 12. Göknur Güleryüza, 22. Nərgiz Əliyeva, 5. Ayşən Əhmədova, 8. Firəngiz Teymurova, 11. Vüsalə Seyfəddinova, 14. Coşqunə Əliyeva, 15. Kamilla Məmmədova, 18. Bilge Su Koyun, 19. Sona Rəhimova.
Baş məşqşi: Siyasət Əsgərov.
Türkiyə: 1. Selda Akgöz (23. Gamzenur Yaman, 25), 4. Ece Tekmen, 21. Gülbin Hız, 15. Kezban Tağ, 3. Didem Karagenc (k) (7. İlayda Civelek, 46), 10. Ebru Topçu, 8. Emine Ecem Esen, 20. Elif Keskin (16. Arzu Karabulut, 46), 13. Birgül Sadıkoğlu, 9. Busem Şeker, 17. Kader Hançar (11. Yağmur Uraz, 17).
Ehtiyat oyunçular: 12. Senem Pınar Özer, 2. Berna Yeniçeri, 5. Eda Karataş, 6. Meryem Cennet Çal, 14. Büşra Kuru, 18. Benan Altıntaş, 19. Cansu Gürsel, 22. Neslihan Demirdöğen.
Baş məşqçi: Necla Güngör Kırağası.



