Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə növbəti oyununu keçirəcək.
Arena.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan Siyasət Əsgərovun yetirmələri Litva yığmasının qonağı olacaq.
Bu, komandamızın cari tsikldəki ilk səfər sınağı olacaq. Matç Vilnüsdəki “Jalgiris” stadionunda təşkil olunacaq. Oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.
Qeyd edək ki, bu, yığmamızın qrupdakı ikinci oyunudur. Azərbaycan millisi turnirdəki ilk oyununda evdə Monteneqro ilə qolsuz heç-heçə edib.
UEFA Millətlər Liqası
C Liqası, 4-cü qrup
4 aprel
19:30. Litva – Azərbaycan
Baş hakim: Marina Zexner.
Baş hakimin köməkçiləri: Bilyana İskin, Linda Tieme.
Dördüncü hakim: Lena Hirtl (Hakimlər briqadası Avstriyadandır).
Vilnüs. “Jalgiris” stadionu.
Xallar: Monteneqro – 4. Azərbaycan – 1. Litva – 0.


