Azərbaycan millisinin Avstriya və İsveçlə oyunlar üçün heyəti bilindi

AÇ-2024-ün seçmə mərhələsində Avstriya və İsveç yığmaları ilə qarşılaşacaq Azərbaycan millisinin bu iki oyun üçün heyəti açıqlanıb. Arena.az xəbər verir ki, baş məşqçi Canni De Byazi bu oyunlar üçün 27 futbolçuya dəvət göndərib.

Heyətdə 3 qapıçı, 11 müdafiəçi, 7 yarımmüdafiəçi və 6 hücumçu yer alıb. Onlardan dördü ölkə xaricində çıxış edir.

Qeyd edək ki, Azərbaycan millisinin qeyd olunmuş oyunlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışı da olacaq. Komandamız Avstriya yığması ilə martın 24-də, İsveç millisiylə isə ayın 27-də üz-üzə gələcək. Hər iki oyun səfərdə baş tutacaq.

Qapıçılar

  1. Səlahət Ağayev – Qəbələ
  2. Emil Balayev – Səbail
  3. Yusif İmanov – Sabah

Müdafiəçilər

  1. Tellur Mütəllimov – Sabah
  2. Azər Əliyev – Neftçi
  3. Toral Bayramov – Qarabağ
  4. Elvin Cəfərquliyev – Qarabağ
  5. Bəhlul Mustafazadə – Qarabağ
  6. Ceyhun Nuriyev – Sabah
  7. Cəlal Hüseynov – Şamaxı
  8. Höccət Haqqverdi – Neftçi
  9. Anton Krivotsyuk – Daejeon (Cənubi Koreya)
  10. Azər Salahlı – Neftçi
  11. Bəxtiyar Həsənalızadə – Sabah

Yarımmüdafiəçilər

  1. Riçard Almeyda – Qarabağ
  2. Filip Ozobiç – Qarabağ
  3. Elvin Camalov – Sabah
  4. Eddi İsrafilov – Neftçi
  5. Emin Mahmudov – Neftçi
  6. Aleksey İsayev – Sabah
  7. Ozan Can Kökçü – Eyndhoven (Niderland)

Hücumçular

  1. Ramil Şeydayev – Qarabağ
  2. Musa Qurbanlı – Qarabağ
  3. Namiq Ələsgərov – Sabah
  4. Renat Dadaşov – Qrasshopper (İsveçrə)
  5. Rüstəm Əhmədzadə – Zirə
  6. Mahir Emreli – Konyaspor (Türkiyə)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: