Azərbaycan millisinin macarlarla görüş yeri bəlli oldu

Futbol üzrə Azərbaycan millisinin bu ilin yayında Macarıstan yığmasına qarşı keçirəcəyi yoxlama görüşünün yeri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, millimiz bu rəqibini iyunun 10-da Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.

Qarşılaşmanın başlama saatı barədə daha sonra məlumat veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: