Azərbaycan millisinin növbəti 3 oyununa bilet satışı başladı

Futbol üzrə Azərbaycan millisinin Tacikistan, Lixtenşteyn və Litva yığmalarına qarşı keçirəcəyi oyunların biletləri satışa çıxarılıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan millisinin Tacikistan yığmasına qarşı keçirəcəyi yoxlama görüşünün, həmçinin UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteyn və Litva yığmaları ilə oyunların biletləri artıq satışdadır.

Millimiz yoxlama görüşü çərçivəsində sentyabrın 23-də “8-ci kilometr” stadionunda Tacikistan yığması ilə görüşəcək. Oyuna saat 20:00-da start veriləcək.

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Lixtenşteynlə oyunu oktyabrın 1-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüşün start fiti saat 20:00-da səslənəcək. Yığmamız Litva millisi ilə də oktyabrın 4-də “8-ci kilometr” stadionunda üz-üzə gələcək. Oyuna saat 17:00-da start veriləcək.

AFFA-nın məlumatında qeyd edilir ki, hər üç oyuna bilet satışı iticket.az vasitəsi ilə həyata keçirilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: