Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya yığmasına qarşı keçirəcəyi ev oyununun yeri bəlli olub.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
C Liqasının 1-ci qrupu çərçivəsində baş tutacaq bu oyun oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qrup mərhələsinin 4-cü turunun görüşünə saat 20:00-da start veriləcək.
Xatırladaq ki, Azərbaycan millisinin yer aldığı 1-ci qrupda Slovakiyadan başqa İsveç və Estoniya yığmaları da yer alıblar. Millimiz UEFA Millətlər Liqasının yeni mövsümündəki ilk matçını da sentyabrın 5-də Bakıda İsveç yığmasına qarşı keçirəcək.


