Azərbaycan – Niderland matçı kiprli hakimlərə tapşırıldı

Futzal üzrə dünya çempionatının (DÇ-2024) elit-raund mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Niderland oyununa təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, sentyabrın 20-də Bakıda baş tutacaq bu görüşü kirpli ədalət təmsilçiləri idarə edəcəklər.

Bakı İdman Sarayında təşkil olunacaq və saat 20:00-da başlayacaq Azərbaycan – Niderland matçında bu hakimlər iş başında olacaqlar:

Hakimlər: Yianqos Yianqu, Nikolas Nikolau, Larisa Eleni Avramidu
(Hakimlər briqadası Kiprdəndir).
Hakim-inspektor: Sebastyan Staviçki (Polşa).
UEFA nümayəndəsi: Avi Levi (İsrail).

Xatırladaq ki, daha öncə millimizin DÇ-2024 elit-raund mərhələsi çərçivəsində Rumıniyaya qarşı keçirəcəyi səfər matçının da hakim təyinatları açıqlanmışdı. Bu görüşü isə sloveniyalı hakimlər idarə edəcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: